Ermənistan NATO sammitində iştirakını təsdiqlədi

“İrəvan iyulda keçiriləcək NATO sammitinə dəvət alıb və konfransda iştirak edəcək”. 

Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan bildirib.

“Ermənistan dəvət alıb və iştirakını təsdiqləyib”, – diplomat bildirib.

Son Yazılar:

NATO-nun sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək. Tədbirdə Şimali Atlantika Alyansına üzv olan 32 ölkə, eləcə də dəvət olunmuş digər dövlətlərin nümayəndələri iştirak edəcək.

(redaktor.az)