Yük avtomobilin üzərindəki texnika yola düşdü

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.

 

Daxili İşlər Nazirliyindən Viral.az-a verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.

Son Yazılar:

 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

 

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.