Tərtərdə ağır qəza – Yaralılar var

Tərtərdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Viral.az xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayonunun Qaynaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü Məmmədov Emin Hümbət oğlunun idarə etdiyi “VAZ 21010” markalı avtomobil Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Qocayev İlkin Bəhmən oğlunun idarə etdiyi BMW markalı avtomobillə toqquşub, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son Yazılar:

 

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.