Parlament seçkiləri suveren respublikanın hər yerində keçiriləcək

Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində, suveren respublikanın hər yerində keçiriləcək.

 

Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Son Yazılar:

 

“Düzdür, azad olunmuş ərazilərə əhali tam köçürülməyib. Amma prezident seçkisi də bu şəkildə keçirildi və hesab edirəm ki, növbədənkənar parlament seçkisi də həmin standartlara uyğun təşkil olunacaq”, – deyə sədr bildirib.

 

O qeyd edib ki, bu seçki də tarixi əhəmiyyət daşıyan hadisə olacaq.