İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Viral.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 2 ədəd “AK-74” markalı avtomat, “Karabin”, “F-1” əl qumbarası və 167 ədəd patron aşkarlanaraq götürülüb.
Son Yazılar:
- Bakıda daha bir küçədə hərəkət MƏHDUDLAŞDIRILIR
- Bakıda leysan yağacaq – XƏBƏRDARLIQ
- Mətanət İsgəndərlinin keçmiş gəlininə bahalı maşını və lüks bağ evini KİM ALDI?
Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 21 ədəd ov tüfəngini könüllü polisə təhvil verib.