Energetika naziri Pərviz Şahbazov İtaliyaya səfər edib. Nazir cari ilin 1-3 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək Yaşıl Enerji Keçidi Konqresi və Sərgisində iştirak edəcək.
Bu barədə Viral.az-a Energetika Nazirliyindən bildirilib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Tədbir çərçivəsində energetika nazirinin “İnkişaf etməkdə olan iqtisadiyyatların iqlim hüquqları: COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına dair fikirlər” adlı sessiyada çıxışı və “Enerji keçidi üzrə davamlı beynəlxalq fəaliyyətlər” adlı panel müzakirələrdə iştirakı, eləcə də ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Yaşıl Enerji Keçidi Konqresi müxtəlif ölkələrdən, təşkilat və şirkətlərdən iştirakçıların bir araya gəldiyi və enerji keçidinin sürətləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı platformadır.