Bağdad Suriya və Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə danışıqların keçiriləcəyi məkana çevriləcək.
Viral.az “Al Watan” qəzetinə istinadən xəbər verir ki, bu barədə Dəməşqdəki hökumət mənbəsi bildirib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Onun sözlərinə görə, qarşıdakı Suriya-Türkiyə görüşü “uzun danışıqlar prosesinin başlanğıcı olacaq və bu, siyasi anlaşmaya və sərhədyanı ərazilərdə vəziyyətlə bağlı razılaşmalara gətirib çıxaracağı gözlənilir”.
Nəşrə görə, Türkiyə tərəfi Moskva və Bağdaddan “ikitərəfli dialoqun aparılacağı masada mediadan uzaqda iştirak etməyi” xahiş edib. Tərəflər “iki qonşu arasında münasibətləri normal vəziyyətə gətirmək” üçün təfərrüatları müzakirə etməli olacaqlar.
Qəzet iddia edir ki, Ankara ilə Dəməşq yaxınlaşması ərəb ölkələri, xüsusilə də BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir.