Kürdəmirdə “Mercedes” qoyun sürüsünü vurdu

Kürdəmirdə yol qəzası zamanı 15 heyvan tələf olub, sahibi isə ağır xəsarət alıb.

 

Viral.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax avtomobil yolunda, Kürdəmirin Muğanlı kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, Gəncə istiqamətində hərəkətdə olan minik avtomobili yolu keçən qoyun sürüsünü vurub.

Son Yazılar:

 

Qəza nəticəsində avtomobillə xeyli zərər dəyib.

 

Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan heyvan sahibi Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Hadisənin dəqiq başvermə səbəbi araşdırmaların sonunda bəlli olacaq.