Güllələnən baş nazirdən XƏBƏR VAR

Slovakiyanın baş naziri Robert Fiko tezliklə ictimaiyyət qarşısına çıxacaq və tədricən hökumətin başçısı vəzifəsini icra etməyə başlayacaq.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kaliniak bildirib.

“Baş nazir öz vəzifələrini tam şəkildə yerinə yetirə biləcək nöqtəyə yaxınlaşır. O aldığı xəsarətin nəticələrini daim hiss edəcək”, – Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Son Yazılar:

Fiko 2006-2010 və 2012-2018-ci illərdə Slovakiyanın baş naziri olub və 2023-cü ilin oktyabrında yenidən hökumətin başçısı olub. O, uzun müddətdir ki, Ukraynadakı vəziyyətlə bağlı Qərb siyasətini tənqid edir, münaqişənin hərbi yolla həllinin olmadığını, Kiyevə silah tədarükünün yalnız itkilərə səbəb olduğunu vurğulayır. 

Yusif EYVAZLI