Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) keçirilən növbədənkənar seçkilərin birinci turunun ilkin nəticələri açıqlanıb.
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milli Birlik” (Mari Le Pen tərəfdarları) – 34%, “Yeni Milli Cəbhə” – 28,1%, “Birgə” (Makron tərəfdarları) – 20,3% səs toplayıb.
Ölkədə 49,5 milyon vətəndaşın səsvermə hüququ var.