Tovuzda narkokuryer saxlanıldı

Tovuzda narkokuryer saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Viral.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Rəşad Babakişiyev saxlanılıb. Həmin şəxsdən 1 kiloqram 810 qram heroin və 1 kq 690 qram marixuana aşkarlanıb.
Araşdırmalarla zamanı R. Babakişiyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Son Yazılar:

 

Araşdırmalar davam etdirilir.

 

Bundan başqa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon sakini Asif Abdullayev saxlanılıb. Onun evinə baxış zamanı “TT” və “PSM” markalı tapançalar, sandıqca, eləcə də 3 ədəd patron aşkarlanıb. O, silahları bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

 

Araşdırmalar davam etdirilir.