Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Əsas müzakirə olunan məsələlərdən biri də hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizələr siyahısında kimlərin namizədlər siyahısında olub-olmaması barədədir.
Son Yazılar:
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
Viral.az xəbər verir ki, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında bildirib ki, hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir: “Bir neçə gündən sonra YAP İdarə Heyətinin toplantısı olacaq və deputatlığa namizədlərimiz elan olunacaq”.
Yeni siyahıda hazırki deputatlardan kimlərin kənarda qalıb-qalmamasına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib: “Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövlərdə olduğu kimi bəzi dairələrdə yenə də müstəqil namizədləri dəstəkləyəcək”