Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatdı

Azərbaycandan olan zəvvarların Həcc ziyarəti başa çatıb.

Viral.az xəbər verir ki, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.

O bildirib ki, bu gün zəvvarların sonuncu qrupu vətənə dönəcək.

Son Yazılar:

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarətinə görə 1500 nəfərlik kvota verilib. Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb və mayın 29-da başa çatıb.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edib.