Azərbaycan hökuməti xarici investorlarla birlikdə hazırda ölkədə “yaşıl enerji” sektoruna ciddi sərmayə qoyur.
Viral.az xəbər verir ki, bunu Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasında kənd təsərrüfatı naziri, Komissiyanın yerli həmsədri Məcnun Məmmədov bildirib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
M. Məmmədov deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Azərbaycan bu baxımdan etibarlı tərəfdaş hesab olunur:
“Bolqarıstanla enerji sahəsində güclü əməkdaşlığımız var. Bu yaxınlarda SOCAR-ın Sofiyada ofisinin açılışı və “Həmrəylik halqası” təşəbbüsü çərçivəsində imzalanmış memorandum bizim bu əməkdaşlığı genişləndirməyə güclü istəyimizə sübutdur”.