Roma Papası homoseksualları aşağılayıb

Roma Papası I Fransisk İtaliya yepiskopları ilə qapalı iclasda homoseksualların keşiş olmasına icazə verilməməsi lazım olduğunu təkrar edərkən, LGBT icması üçün olduqca aşağılayıcı ifadə işlədib.

Viral.az xəbər verir ki, bu barədə İtaliya mediası yazıb.

İtaliyanın “La Repubblica” və “Corriere della Sera” qəzetləri Roma Papasından sitat gətirərək bildiriblər ki, seminariyalarda və ya ilahiyyat kolleclərində onsuz da həddən artıq çox «frociaggine» var.

Son Yazılar:

Vatikanın sözçüsü Matteo Bruni, Papanın şərhləri ilə bağlı mediada fırtına olduğunu etiraf edən bir bəyanat verib.

Bruni deyib ki, I Francisk uzun müddətdir ki, Katolik Kilsəsində “hamı üçün yer” olduğunu israr edir.

“Papa heç vaxt homofob ifadələrlə təhqir etmək niyyətində olmayıb və o, bu terminin istifadəsindən incimiş şəxslərdən üzr istəyir”, – Bruni deyib.