3 ölkə minalara qarşı birgə mübarizəyə başlayır 

Türkiyə Rumıniya və Bolqarıstanla birlikdə Qara dənizdə mina təhlükəsi ilə mübarizə aparacaq. 

 

Viral.az xəbər verir ki, bunu Türkiyə Hərbi Dəniz Qüvvələrinin rəhbəri, admiral Ərcüment Tatlıoğlu üç Qara dəniz ölkəsinin nümayəndələrinin 1 iyul – Naviqasiya və Kabotaj Gününə həsr olunmuş birgə iclasında bildirib.

Son Yazılar:

 

Onun sözlərinə görə, Bolqarıstan və Rumıniya ilə razılaşmaya uyğun olaraq Qara dənizdə minalara qarşı tədbirlər üzrə Operativ Qrup (“MCM Black Sea”) yaradılıb. Qrupa Türkiyə rəhbərlik edir.

 

“Bizim ölkələrimiz Qara dəniz regionunun, strateji əhəmiyyətini dərk edirlər. “MCM Black Sea”nın fəaliyyəti təkcə üç ölkə üçün deyil, həm də bütövlükdə region üçün həyati əhəmiyyət kəsb edir”, – deyə Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı vurğulayıb.

 

Operativ Qrupa daxil edilən gəmilər iyulun 1-də İstanbulun Beykoz rayonundakı Umuryeli dəniz bazası ərazisindən yola düşəcəklər.