ABŞ-ın birinci xanımı Cil Bayden rəsmi “Vogue” jurnalının yeni sayının üz qabığında dərc edilib.
Viral.az xəbər verir ki, bu barədə nəşrin saytında məlumat paylaşılıb.
ABŞ prezidenti Co Baydenin həyat yoldaşı ağ uzun pencəkdə poz verib. Məlumdur ki, geyim dəbdəbəli brend Ralph Lauren kolleksiyasının bir hissəsidir. Qapağı kanadalı fotoqraf Norman Jean Roy hazırlayıb.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
“Vogue” jurnalına verdiyi müsahibədə xanım Bayden, debatdan sonra ətrafında alovlanan tənqidlərə baxmayaraq, ərini dəstəkləyəcəyini söyləyib.
Halbuki, Co Bayden özü də debatdakı çıxışını uğursuz hesab edib.
Bundan əlavə, “Politico” xəbər verir ki, ABŞ Demokrat Partiyasının üzvləri fəlakətli debatla əlaqədar Baydenin başqa namizədlə əvəzlənməsini müzakirə etməyə başlayıblar.
(redaktor.az)