Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və səhiyyə naziri Fahrettin Koca vəzifələrindən istefa veriblər.
Viral.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən istefaları qəbul edilən Mehmet Özhaseki və Fahrettin Kocanın yerinə müvafiq olaraq Murat Kurum və Kemal Memişoğlu təyin ediliblər.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
Türkiyə Prezidentinin buna dair qərarı “Rəsmi” qəzetdə yayımlanaraq qüvvəyə minib.
Qeyd edək ki, Türkiyənin yeni təyin olunan səhiyyə naziri Kemal Memişoğlu 2016-cı ildən indiyədək İstanbul şəhər səhiyyə müdiri vəzifəsini icra edib. Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum isə 2018-2023-cü illərdə eyni vəzifədə işləyib