Bu gündən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.
Viral.az xəbər verir ki, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Proses iyulun 30-da bitəcək.
Qeyd edək ki, hərbi vəzifələrin yerinə yetirilməsinə mane olan bir sıra xəstəliklər mövcuddur.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Şəxsin hərbi xidmətə yararsız sayılmasına səbəb olan xəstəliklər cədvəli ilə e-qanun.az saytında tanış olmaq olar.
Həmin xəstəliklərin siyahısı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin (“Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası” və “Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər”in) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu ildə qəbul etdiyi 154№-li qərarında yer alıb.
Həmin qərarın “Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər” bölməsində “Xəstəliklər cədvəli”nin qrafaları aşağıdakı kateqoriyalı vətəndaşların səhhətinə tələbləri nəzərdə tutur:
I qrafa – ilkin hərbi qeydiyyata götürülən, hərbi xidmətə çağırılan vətəndaşların;
II qrafa – çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların;
III qrafa – zabitlərin, miçmanların və onlara bərabər olan hərbi qulluqçuların, hərbi xidmət keçməmiş, ehtiyatda olan zabitlər, hərbi xidmətə və hərbi toplanışa çağırılanda, hərbi xidmətə könüllü daxil olan və hərbi xidmət keçən şəxslərin.
“Xəstəliklər cədvəlində” hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları göstərilib:
“A” – həqiqi hərbi xidmətə yararlıdır;
“B” – sıradankənar həqiqi hərbi xidmətə yararlıdır;
“C” – dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;
“Ç” – həqiqi hərbi xidmətə müvəqqəti yararsızdır;
“D” – hərbi uçotdan çıxarılmaqla, həqiqi hərbi xidmətə yararsızdır.
Hərbi xidmətə çağırış zamanı hansı hərbi hissəyə düşəcəyini öncədən müəyyən etmək olarmı?
2024-cü ilin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytından öyrənmək mümkündür. Məlumatların tapılması üçün çağırışçı özü haqqında məlumatları Azərbaycan dilində, dəqiq, müvafiq xanalara daxil etməklə cavab ala bilər.
Qeyd edək ki, Azərbaycanda bütün əməkqabiliyyətli kişi mülki şəxslər üçün Azərbaycan Silahlı Qüvvələrində məcburi hərbi xidmət nəzərdə tutulur. Hərbi xidmətə çağırış yaşı 18-dir.
Azərbaycan Konstitusiyasının 76.2-ci maddəsinə əsasən, vətəndaş vicdan azadlığına uyğun olaraq xidmət keçmək istəmədikdə hərbi xidmətdən başqa alternativ xidmət nəzərdə tutulur. İldə dörd çağırış dövrü var. Hərbi xidmət stajı 18 ay, ali məktəb məzunları üçün icbari xidmət müddəti isə 12 aydır. (oxu.az)