“Vətən naminə” hərəkatının lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları ilə birlikdə mayın 29-da Ermənistan Daxili İşlər Nazirliyinin binasına gəlib.
Viral.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazçılar Qalstanyanla daxili işlər naziri Vahe Qazaryan arasında görüş tələb ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan hərəkat rəhbərinə yaxınlaşaraq Qazaryanın hazırda görüşlər keçirdiyini və onu qəbul edə bilməyəcəyini bildirib.