Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Almaniyada keçiriləcək Avro-2024-ün karyerasında sonuncu qitə çempionatı olacağını bildirib.
Viral.az xəbər verir ki, Milli komandanın ulduzunun sözlərini “A Bola” sitat gətirib.
“Mən heç vaxt heç bir şeyi başa düşməkdən qorxmamışam və təslim olmaq məndən heç vaxt gözləməyəcəyiniz bir şeydir. Amma bu, şübhəsiz ki, mənim son avromdur”, – Ronaldo bildirib.
Son Yazılar:
- Bu tarixdən iş GÜNÜDÜR
- Ərim toy süfrəsindəki kişmişi, fındığı da yeyir
- Goranboyda sevgilisi qadını bıçaqladı, avtomobillə üzərindən KEÇDİ
Bundan əvvəl portuqaliyalı forvard AVRO-2024-ün 1/8 finalında əlavə vaxtda Sloveniya ilə görüşdə penaltini qaçırdıqdan sonra göz yaşlarına boğulub . 105-ci dəqiqədə portuqallar penalti qazanıb. Ronaldo hədəfə vurub, lakin sloveniyalı Yan Oblak zərbəni dəf edib. Daha sonra penaltilər seriyasında Portuqaliya komandası qalib gəlib.
Portuqaliya builki Avroda 3 oyundan 6 xal toplayaraq qrupdan birinci yerdə çıxıb Slovenlər üç xalla dördlükdə üçüncü yeri tutublar. Portuqaliya 1/4 finalda Fransa ilə qarşılaşacaq .
Yusif EYVAZLI