ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin sentyabr müqaviləsinin dəyəri 0,25% artaraq 1 barelə görə 86,82 ABŞ dolları təşkil edib.
Viral.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,18% artaraq 1 barelə görə 83,53 ABŞ dolları təşkil edib.