Krımın Feodosiya şəhərində kollektorda baş vermiş qəza nəticəsində 25 minə yaxın insan tamamilə və ya qismən susuz qalıb.
Viral.az xəbər verir ki, bu barədə TASS-a “Krım suyu” dövlət müəssisəsinin mətbuat xidmətindən məlumat verilib.
“Kanalizasiya xəttində qəza baş verib, 25 minə yaxın insan qismən və ya tamamilə susuz qalıb”, – deyə mətbuat xidməti qeyd edib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Krım Hidrometeorologiya Mərkəzinin məlumatına görə, yaxın 24 saat ərzində bölgədə quru, isti hava şəraiti davam edəcək. Havanın temperaturu gecə 15-20, gündüz 31-36.
Yusif EYVAZLI