Qarabağ bölgəsində ərazinin mühəndis kəşfiyyatının aparılması zamanı Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus xeyli sayda döyüş sursatı ilə dolu yeşiklər və artilleriya mərmiləri aşkar edilib.
Müdafiə nazirliyinin Mətbuat Xidmətindən Viral.az-a bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Xocalı rayonu ərazisində aşkar edilən sursat və mərmilər müsadirə edilib.
Son Yazılar:
- AEBA-nın baş direktoru İrana GEDƏCƏK
- ChatGPT-nin istifadəsində xəta YARANDI
- Heydər Əliyev Fondu Ramazan bayramında şəhid ailələri ilə birgə
Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.