Azerconnect Group 27 may tarixində Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda iştirak edib.
Konfrans zamanı Azerconnect Group yaşıl enerjiyə keçid və enerji istehlakının əhəmiyyətli dərəcədə azaldılması sahələrində uğurlarını, eləcə də təhsilə və cəmiyyətin rifahına töhfə verən həyata keçirdiyi layihələrlə bağlı qabaqcıl təcrübələrini paylaşıb.
Son Yazılar:
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
TƏMƏL platforması çərçivəsində keçirilən tədbirinin əsas məqsədi istehsalatda bərpa olunan enerji mənbələrindən istifadə, yaşıl keçidin ətraf mühitə təsirləri və bərpa edilən enerji qurğularına xidmət sahəsində çalışan mütəxəssislərin yetişdirilməsində peşə təhsilinin rolunun müzakirəsi olub.
Azerconnect Group-un baş direktorunun müavini Dövlət Dövlətov konfransın panel sessiyasında çıxış edərək şirkətin dayanıqlı inkişafı sürətləndirən təşəbbüslərindən danışıb. İKT sahəsində çalışan ən böyük işəgötürənlərdən biri olaraq Azerconnect Group hər zaman təhsilə böyük önəm verir. Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azerconnect Group arasında kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb, habelə tələbər üçün təcrübə proqramlarında və bir çox təlimlərdə iştirak etmək imkanı yaradılır.
Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində xidmətlər göstərən şirkətdir. Azerconnect Group müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.