Sürət həddini aşan məşhur aparıcı avtomobilini işıq dirəyinə çırpdı

“Hadisə, ötən gün saat 14:10-da Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində baş verib”.

Viral.az bildirir ki, bu məlumatı Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev verib.

O, qeyd edib ki, sürücü hərəkət zamanı sürət həddini doğru seçməyib və manevr qaydalarını pozub.

Son Yazılar:

“Nəticədə avtomobil yolun əks istiqamətində olan yanacaqdoldurma məntəqəsinin qarşısındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, ilkin məlumatda hadisənin Bakının Səbail rayonu ərazisində baş verdiyi bildirilirdi (oxu.az).

***

ATV-nin hava proqramının aparıcısı Şənay Mustafayevanın avtomobili qəzaya uğrayıb.

Viral.az xəbər ki, hadisə bu gün Səbail rayonu ərazisində baş verib.

Məlumata görə, o, bu gün “Nissan” markalı avtomobilini aşırıb.

Şənay xəstəxanaya çatdırılıb. O, üzündən zədə alıb və sümükləri sınıb (primetime.az).