Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa çempionatının qrup mərhələsinin yekunlarına görə Gürcüstan Futbol Federasiyasına 46 min avro məbləğində cərimə kəsib.
Viral.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisi ilə oyundan (1:3) sonra federasiya pirotexniki vasitələrdən istifadə və iğtişaş törətdiyinə görə 36,25 min avro məbləğində cərimələnib. Portuqaliya yığması ilə oyunun nəticələrinə görə (2:0) Gürcüstan federasiyası meydançaya qaçan və pirotexniki vasitələrdən istifadə edən azarkeşlərə görə 9,75 min avro cərimələnib.
Son Yazılar:
- Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI
- İstanbulda aparılacaq danışıqların mövzusu AÇIQLANDI
- Bundesliqa təmsilçisi yeni transferini rəsmən AÇIQLADI
Gürcüstan millisi ilk dəfə Avropa çempionatında iştirak edib. Komanda qrup mərhələsində üçüncü yeri tutaraq 1/8 finala yüksəlib və burada ispanlara 1:4 hesabı ilə uduzub.
Yusif EYVAZLI