Hindistan insanları Aya aparmaq üçün nəzərdə tutulmuş raketin istehsalına başlayıb.
Viral.az xəbər verir ki, bu barədə “NDTV” kanalı Hindistan Kosmik Tədqiqatlar Təşkilatının rəhbəri Şridhar Paniker Somnata istinadən məlumat yayıb.
Perspektivli daşıyıcı “Next Generation Launch Vehicle” (NGLV) adlandırılıb. Onun aşağı pillələri maye oksigen və metandan istifadə edən enerji bloklarını qəbul edəcək, yuxarı pillə isə kriogen mühərriklə işləyəcək.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
Hindistan Kosmik Tədqiqatlar Təşkilatının rəhbərinin sözlərinə görə, daşıyıcı aşağı Yer orbitinə 40 tondan çox faydalı yük çıxaracaq və o, 2040-cı ilə qədər Aya ilk hindu göndərə biləcək.
Yusif EYVAZLI