Kalininqradda karate üzrə Rusiya çempionu Alibek Hacıkurbanov onun idman bölməsində təhsil alan məktəblini döyüb.
Viral.az xəbər verir ki, bu barədə “Amber Mash Telegram” kanalı məlumat yayıb .
Uşağın atası bildirib ki, məşqçi 12 yaşlı şagirdin ayağına dəyənəklə bir neçə dəfə zərbə endirib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Məşqçi iddia edir ki, onun əlində çubuq yox, plastik boru olub. Xəsarət alan uşağa göyərmə diaqnozu qoyulub, qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.
Yusif EYVAZLI