36 yaşlı şəxs Şirak hava limanında bombanın olması barədə yalan siqnal verməkdə şübhəli bilinərək saxlanılıb.
Viral.az xəbər verir ki, bu barədə Ermənistan daxili işlər nazirinin mətbuat katibi Narek Sarkisyan bildirib.
“Gümrüdəki Şirak hava limanına bomba qoyulması barədə siqnal yalandır. Daxili İşlər Nazirliyinin əməkdaşları Milli Təhlükəsizlik Xidmətindəki həmkarları ilə birgə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirərək yalan siqnal verməkdə şübhəli bilinən 36 yaşlı şəxsi saxlayıblar. Aeroportun normal fəaliyyəti bərpa olunub”, – deyə məlumatda bildirilib.