Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) bu gün keçirilən plenar iclasında “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişi ratifikasiya edilib.
Viral.az bu barədə Qazaxıstan KİV-lərinə istinadən xəbər verir.
Son Yazılar:
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
“Saziş müxtəlif nəqliyyat növlərindən istifadə etməklə beynəlxalq yük daşımalarının sadələşdirilməsinə, həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafına yönəlib”, – Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev sənədi deputatlara təqdim edərkən deyib.
Onun sözlərinə görtə, bu sənədin ratifikasiyası Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcminin daha da artırılması üçün zəmin yaradır və bu da ölkənin nəqliyyat-tranzit potensialının inkişafına müsbət təsir göstərəcək.
Nazir vurğulayıb ki, sazişin normalarını həyata keçirmək üçün TDT dövlətləri arasında daşımaların inkişafı üzrə birgə komitə yaradılacaq.
Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, 2023-cü ilin sonunda Qazaxıstan ilə TDT-yə üzv dövlətlər arasında yükdaşımaların həcmi təxminən 40 milyon ton yük təşkil edib və bu da 2022-ci illə müqayisədə 15 % çoxdur.