Müdafiə nazirinin müavini Timur İvanov 1,185 milyard rubl rüşvətdə ittiham olunur.
Viral.az xəbər verir ki, TASS bu barədə iyulun 2-də hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Əvvəlcə ona qarşı 1,125 milyard rubl rüşvət ittihamı irəli sürülüb.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
Daha sonra istintaq müəyyən edib ki, Timur İvanov və mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərən digər təqsirləndirilən şəxslər 2018-ci il oktyabrın 24-dən 2023-cü il dekabrın 31-dək “Olimpsitistroy” MMC-nin həmtəsisçisi və nümayəndələrindən qanunsuz olaraq rüşvət alıblar.
Xatırladaq ki, Rusiyanın Müdafiə nazirinin müavini aprelin sonunda iş yerində saxlanılıb və həbs edilib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsi (“Xüsusilə külli miqdarda rüşvət alma”) ilə ittiham olunub.
General daha sonra istefa verdiyini açıqlayıb.
(redaktor.az)