Ərdoğan Türkiyə millisini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin millisini Avstriya üzərində qələbə qazanaraq Avropa Çempionatının ¼ final mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Viral.az xəbər verir ki, o, bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

“Futbol üzrə Avropa çempionatında Avstriyaya qalib gələn və 1/4 finala yüksələn milli komandamızı ürəkdən təbrik edirəm. Bizim uşaqlara çempionluq yolunda uğurlar arzulayıram”- Türkiyə dövlət başçısı yazıb.