«Bolt» taksi sürücülərinə yeni maşın almaqda kömək edəcək

Azərbaycanda taksilərə yeni tələblər qoyulmasından sonra «Bolt» taksi şirkəti özünün Azərbacandakı bir neçə min sürücüsünə dəstək olmaq niyyətindədir.

Viral.az xəbər verir ki, bu barədə “fed.az”a müsahibəsində «Bolt»un Azərbaycan üzrə meneceri Naim Əzizov məlumat verib.

Onun sözlərinə görə, hazırda taksilərə yeni tələblərin qüvvəyə minməsindən sonra hazırda istifadə olunan avtomobillərin bir hissəsi tələblərə cavab verə və istifadə edilə bilməyəcək.

Son Yazılar:

«AYNA-nın yeni qaydalarına əsasən, sərnişindaşıma sahəsində yaşı 15 ildən artıq olan avtomobillərin istismarı qadağandır. Yəni köhnə avtomobillər tədricən sistemdən çıxarılır. Biz başa düşürük ki, hazırda platformada qeydiyyatdan keçmiş bütün avtomobillər yenilənmiş tələblərə cavab verməyəcək. Və «Bolt»dan sifariş ala bilməyəcəklər».

Yeni tələblərin qüvvəyə minməsindən sonra indiyədək taksi fəaliyyəti göstərən sürücülərin bir hissəsi işinə davam etmək üçün avtomobillərini daha yeni maşınlarla əvəz etməli olacaqlar. Taksi sürücülərinin heç də hamısı bunu edə bilməyəcək.

N.Əzizov bildirir ki, «Bolt» indiyədək bu şirkətlə əməkdaşlıq edən sürücülərə bu məsələdə dəstək verək üçün yeni layihəyə başlamağa hazırlaşır: Zamanda, daha çox sürücünün tələblərə əməl etməsinə kömək etmək üçün əlavə təşəbbüslər planlaşdırırıq. O cümlədən «Bolt» olaraq sürücülərimizə yeni tələblərə cavab verməkdə dəstək olmaq fikrindəyik».

Onun sözlərinə görə, «Bolt» şirkəti öz tərəfdaşlarına yeni avtomobillərin alınmasında dəstək olmağa çalışır, bura, o cümlədən maliyyə yardımı göstərmək də daxildir: «Bura xüsusi maliyyələşdirmə proqramlarının hazırlanması və avtomobillərin alınması üçün əlverişli şəraitin təmin edilməsi üçün banklar və lizinq şirkətləri ilə əməkdaşlıq daxildir».

Artıq bununla bağlı şirkətin investisiya proqramı da var: «Yeni investisiya proqramının bir hissəsi olaraq, Bolt seçilmiş taksi şirkətlərinə və özəl sürücülərə yeni avtomobillərin alınması və ya köhnə avtomobillərin (yəni yeni qaydalara uyğun gəlməyən avtomobillərin) dəyişdirilməsi üçün maliyyə vəsaiti təqdim edir».

Proqramın pilot mərhələsi çərçivəsində «Bolt» yayın sonuna qədər bir neçə min avtomobilin alınmasına dəstək verəcək.

«Eləcə də «Bolt» bu proqram vasitəsilə sürücüləri «Avro 5» standartlarına cavab verən və ya onları aşan elektrik və ya az yanacaq işlədən sərfəli avtomobilləri seçməyə təşviq edir»-deyə «Bolt»un ölkə meneceri bildirib.