“Qəbələ”nin məşqçisi 5 oyun cəzalandırıldı

AFFA U-15 Liqasında çıxış edən “Qəbələ” klubunun məşqçisi Şəhruz Mustafayev daha beş oyun cəzalandırılıb.

 

Viral.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Son Yazılar:

 

Mütəxəssis səfərdə “Sumqayıt”a qarşı oyun vaxtı hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdiyi üçün bu halla üzləşib.

 

Komitə mayın 24-də də Mustafayevi 5 matçlıq cəzalandırmışdı. Məşqçi evdə eyni komanda ilə görüşün 72-ci dəqiqəsində hakimləri təhqir etmişdi.

 

Bundan əlavə, U-14 Liqasında mübarizə aparan “Astara”nın rəsmisi Qəhrəman Mirzəyev öz futbolçusu Yusif Qurbanovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb və beş oyunluq cəza alıb.