Yevlaxda kibercinayətkarlığa qarşı tədbirlər görülür.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Viral.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində kiber üsullarla vətəndaşların pulunu mənimsəyən 6 nəfər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib. Zərərçəkmiş şəxslərə dəymiş 20 min manata yaxın maddi ziyanın təqsirkar şəxslər tərəfindən ödənilməsi təmin olunub.
Son Yazılar:
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
Eyni zamanda rayon ərazisində profilaktiki tədbirlər də keçirilib. Kibercinayətlər törədənlərin istifadə etdiyi üsullar vətəndaşların diqqətinə çatdırılıb. Bankomatların ətrafında xəbərdaredici lövhələr quraşdırılıb.