Ərdoğan Qazaxıstana yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanaya yola düşüb.

 

Viral.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Son Yazılar:

 

Bildirilib ki, R.T.Ərdoğan iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü sammitində iştirak edəcək. Onun sammit çərçivəsində bəzi liderlərlə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir.

 

Qeyd edək ki, sammitdə 16 müxtəlif dövlətin dövlət və hökumət başçıları iştirak edəcək. “Çoxtərəfli dialoqun gücləndirilməsi: davamlı sülh və inkişaf üçün səy göstərmək” adı ilə keçiriləcək tədbirin əsas mövzusu beynəlxalq problemlərin həllində ŞƏT-in rolunun artırılmasıdır.

 

Zirvə görüşündə regional təhlükəsizlik, nəqliyyat, enerji və logistika mövzularının də müzakirə olunacağı gözlənilir. Liderlərin beynəlxalq ticarət və iqtisadiyyata fokuslanacağı bildirilib.

 

Zirvə görüşünün sonunda təşkilata sədrlik Qazaxıstandan Çinə gedəcək.