Hər gün sülh müqaviləsi imzalamaq üçün əla fürsətdir.
Viral.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
Paşinyanın sözlərinə görə, problem ondadır ki, sülh müqaviləsinin mətni ilə bağlı hələ də razılıq yoxdur, lakin o, buna nail olacağına ümid edir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Daha doğrusu, bu razılaşmalar əldə olunub, onlar həm də sazişin mətnində təkrarlanmalıdır və hesab edirəm ki, bizim bu işi ən qısa zamanda başa çatdırmaq imkanımız var”, – Paşinyan bildirib.
Sülh müqaviləsinin harda imzalanacağına gəlincə, o qeyd edib ki, yer və zaman bundan sonra müzakirə olunacaq başqa məsələdir.
“Mən deyə bilərəm ki, indi ab-havada ciddi dəyişiklik var, lakin bu o demək deyil ki, biz finiş xəttinə çatmışıq, sadəcə imza atmaq qalır, görüləsi xeyli iş var”, – Paşinyan əlavə edib.