TƏBİB çoxsaylı işçilər axtarır –  VAKANSİYALAR

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) çoxsaylı işçi axtarır.

Viral.az vakansiyalarıtəqdim edir:

Data analitika şöbəsinə böyük məsləhətçi

Son tarix 21 iyl 2024 [email protected]

Son Yazılar:

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali təhsil (texniki ixtisaslar üzrə)

Sahə üzrə 3 il iş təcrübəsi

MS Office proqramlarında sərbəst işləmək bacarığı

SQL, Python, R üzrə biliklərin olması arzuolunandır

Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə

Bacarıqlara dair tələblər: 

Analitik düşünmə qabiliyyəti 

Problemi təhlil etmə bacarığı

Komandada işləmə bacarığı

Nəticəyönümlülük

Ünsiyyət qabiliyyəti

Stressə davamlılıq

Təqdimat bacarığı

Məsuliyyətlilik

Dəqiqlik İntizamlılıq.

İşin təsviri:

Böyük həcmli məlumatların təmizlənməsi, vizuallaşdırılması və təhlili ilə bağlı bütün mərhələlərin idarə edilməsi; 

Statistik və analitik hesabatların hazırlanması;

Hazırlanmış hesabatların dəyərləndirilməsi və inkişafı istiqamətində təkliflərin verilməsi;

Yeni fərziyyələrin formalaşdırılması və riyazi üsullar ilə onların yoxlanması;

Qurumun müxtəlif biznes funksiyaları ilə tələblərə uyğun sıx əməkdaşlıq edilməsi;

Toplanan məlumatların keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi;

Səlahiyyətləri çərçivəsində vətəndaşlardan, hüquqi şəxslərdən, idarə və təşkilatlardan daxil olan müraciətlərin araşdırılması və aidiyyəti üzrə cavablandırılması; 

Texniki və funksional arayışların hazırlanması;

Hazırlanan hesabatların və təhlillərin təqdimatının edilməsi.

Əlavə qeydlər:

İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi

İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

CV e-mail ünvanına göndərilməlidir

Mövzu sətrində “Data analitika şöbəsi – böyük məsləhətçi” qeyd olunmalıdır

CV-lər 20 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Təlim və effektivliyin qiymətləndirilməsi şöbəsinə aparıcı məsləhətçi

 Son tarix 11 iyl 2024 [email protected]

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali təhsil (insan resursları, idarəetmə və ya iqtisadi ixtisaslar üzrə bakalavr və ya maqistr dərəcəsi)

Performansın idarə edilməsi üzrə 3 il iş təcrübəsi 

MS Office proqramlarında işləmək bacarığı

Dil bilikləri: İngilis və rus dili – yaxşı səviyyədə

Beynəlxalq sertifikatların (SHRM – CP/SCP və ya HRCI – SPHRi) olması üstünlükdür

Bacarıqlara dair tələblər: 

Analitik düşünmə 

Ünsiyyət bacarığı

Təqdimat bacarığı

İşin təsviri:

Performans qiymətləndirilməsi ilə bağlı Əsas Faəliyyət Göstəricilərinin (ƏFG/KPI), səriştələrin ölçülməsinə nəzarət edilməsi

Struktur bölmələr üzrə ƏFG-ni təyin etmək üçün fərdi, komanda və təşkilati inkişafa dəstək göstərilməsi

Performansın ölçülməsi, yarımillik izləmə, il sonu qiymətləndirövrü müşahidələr, performans nəticələrinin izlənilməsi, ƏFG nəticələrinin idarə edilməsi proseslərini əks etdirən hesabatlar, hesabat panelləri və təqdimatların hazırlanması

Geribildirim mexanizmləri daxil olmaqla fəaliyyətin qiymətləndirilməsi proseslərinin layihələndirilməsi və icra edilməsi

Müəyyən edilmiş hədəflərin illik qiymətləndirilməsi və performans nəticələrinin idarəedilməsi üzrə görüşlərin təşkil edilməsi, performansın idarəedilməsi prosesinin mərhələləri, son icra olunma tarixlərinin müvafiq formada kommunikasiya edilməsi

Performans idarə edilməsi prosesləri ilə bağlı bütün informasiyaların toplanması, qeydə alınması, struktur bölmələrdən daxil olan sualların cavablandırılması

Performans qiymətləndirmə sistemlərini, müxtəlif vəzifələr üçün səriştəlik modellərini, istedadların idarəolunması sahəsində təşəbbüslər üçün spesifik performans qiymətləndirmə iş planlarını, habelə işçi səriştəsinin qiymətləndirilməsi, inkişafı və təşviqi standartlarının tərtib edilməsi

İşçi heyətin öyrənmə və inkişaf ehtiyaclarının müəyyən edilməsi və Fərdi İnkişaf Planlarının (FİP) hazırlanmasına dəstək göstərilməsi

Davamçıların, yüksək potensiallı işçilərin müəyyənləşdirilməsi və inkişaf proqramlarının planlaşdırılması və müvafiq formada icra və nəzarət edilməsi

Performansın idarə edilməsi, qiymətləndirilməsi üzrə ən yaxşı təcrübələr və müasir trendlərdən xəbərdar olması və performansın idarə edilməsi prosesinə təkmilləşdirmələrin tövsiyə edilməsi

Əlavə qeydlər:

İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi

İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

CV e-mail ünvanına göndərilməlidir

Mövzu sətrində “Aparıcı məsləhətçi (Performansın idarə edilməsi üzrə)” qeyd olunmalıdır

CV-lər 10 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

SƏTƏM şöbəsinə baş məsləhətçi

 Son tarix 09 iyl 2024 [email protected]

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali təhsil (texniki və ya tibbi ixtisaslar üzrə)

Sahə üzrə 5 il iş təcrübəsi

MS Office proqramlarında işləmək bacarığı

Sahə üzrə müvafiq sertifikat (yerli və ya beynəlxalq)

Dil bilikləri: İngilis və rus dili – yaxşı səviyyədə

Sahə üzrə müvafiq qanunlar və digər hüquqi normativ sənədlər

Bacarıqlara dair tələblər: 

Məsuliyyət

Vaxtın idarəedilməsi

Təşəbbüskarlıq

Detallara diqqət

Keyfiyyətin tətbiqi

İşin təsviri:

Əməyin mühafizəsi və texniki təhlükəsizliyin təşkil edilməsi

Yanğın təhlükəsizliyi və mülki müdafiə işinin təşkil edilməsi

Tibbi tullantıların idarə edilməsi işinin təşkilində iştirak edilməsi

Əməyin mühafizəsi  üzrə təlimlərin keçirilməsi və biliklərin qiymətləndirilməsinin təşkil edilməsi

Dövri inpeksiyaların keçirilməsinin təşkil edilməsi

SƏTƏM işinin yerli və beynəlxalq normativ aktlara uyğunlaşdırılması

Tabeli tibb müəssisələrindən daxil olan sorğuların təhlili və cavablandırılmasının təşkil edilməsi

Tabeli tibb müəssisələrində görülən işlərə nəzarət edilməsi

Şöbənin fəaliyyət istiqamətlərinə uyğun sənəd dövriyyəsi işinin təşkil edilməsi(hesabatlar, təlimatlar, rəsmi yazışmalar və s.)

Əlavə qeydlər:

İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi

İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

CV e-mail ünvanına göndərilməlidir

Mövzu sətrində “SƏTƏM şöbəsi – baş məsləhətçi” qeyd olunmalıdır

CV-lər 8 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Mühasibatlıq şöbəsinə böyük məsləhətçi

 Son tarix 06 iyl 2024 – [email protected]

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali təhsil (maliyyə-mühasibatlıq və ya iqtisadi ixtisaslar üzrə)

Sahə üzrə 4 il iş təcrübəsi

MS Office proqramlarında sərbəst işləmək bacarığı

ACCA FR sertifikatı

PMS arzuolunandır

Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə

Bacarıqlara dair tələblər: 

Komanda işi

Hesablama və riyazi bacarıqlar

Nəticəyönümlülük

Məsuliyyətlilik

İntizamlılıqanda İntizamlılıq.

İşin təsviri:

Əsas vəsaitlərin reyestrinin aparılması, amortizasiyanın hesablanması

Anbar hesabatının hazırlanması, mal qalıqlarının düzgün uçotun aparılması və nəzarət edilməsi

Kreditor və debitorlarla üzləşmələrin aparılması

Qəbul edilmiş sənədlərin tərtib edilməsinin tamlığını, düzgünlüyünü, qanuniliyini yoxlayır və mühasibat sənədlərinin proqram təminatına işlənməsinə iştirak və nəzarət edilməsi

Hər gün analitik uçot üzrə əməliyyatların qeydə alınması

İşçilər və təhtəlhesab şəxslərlə hesablaşmaların uçotunun aparılması

Ezamiyyə avans hesabatlarının hazırlanması, qəbul edilməsi, yoxlanılması

e-taxes.gov.az saytında daxil olan məktubların izlənilməsi, e-qaimənin izlənilməsi, daxil olan qaimələr üzrə öhdəliklərin araşdırılması, sənədlərinin tələb edilməsi

Kameral vergi yoxlaması üzrə uyğunsuzluqlara cavabların yazılması

Vergi, statistika, məşğulluq və DSMF hesabatlarının hazırlanması və göndərilməsi

Rəhbərin müvafiq tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi

Əlavə qeydlər:

İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi

İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

CV e-mail ünvanına göndərilməlidir

Mövzu sətrində “Mühasibatlıq şöbəsi – böyük məsləhətçi” qeyd olunmalıdır

CV-lər 5 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Elektrik

 Son tarix 12 iyl 2024 [email protected]

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi

Əmək haqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali və ya orta texniki təhsil (elektrik ixtisası üzrə)

Sahə üzrə 3 il iş təcrübəsi

Sahə üzrə müvafiq sertifikat

Texniki təhlükəsizlik qaydalarını bilməli

Elektrik sxemlərini oxumağı bacarmalı

İşin təsviri:

İnzibati binanın elektrik enerjisinin fasiləsiz işinin təmin edilməsi

Avadanlıqların elektrik hissələrinin təhlükəsiz işləməsinin təmin edilməsi

Elektrik montajı, qoşulması, təmiri və texniki xidməti üzrə işlərin təşkil edilməsi

Meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə edilməsi

İllik baxım planına uyğun olaraq tədbirlərin görülməsi

İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət edilməsi

Əlavə qeydlər:

İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi

İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

CV və sertifikat e-mail ünvanına göndərilməlidir

Mövzu sətrində “Elektrik” qeyd olunmalıdır

CV-lər 11 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir