-->

İran vətəndaşından narkotik alan şəxslər SAXLANILDI

1720011567 6685475d0484d6685475d0484e17200105896685475d0484b6685475d0484c

Səbail Rayon Polis İdarəsinə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatları daxil olub.

 

Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər – əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Rəşad Şahbazov, 1992-ci il təvəllüdlü Ramik Babayev, sonuncunun tanışı 1993-cü il təvəllüdlü Taleh Məmmədyarlı, 2001-ci il təvəllüdlü Xəyal Məlikov və 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıblar. Onlardan ümumilikdə 16 kiloqram narkotik vasitə marixuana, heroin, tiryək və 35 ədəd ekstazi həbi aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər.

Son Yazılar:

 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

 

Polisin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdilir.