Bakıda qəza TIXACA səbəb oldu

Yasamal rayonu, Kənar dairəvi yol, Əsəd Əhmədov küçəsi ilə kəsişmədə yol-nəqliyyat hadisəsi baş verib.

 

Nəqliyyati İntellektual İdarəetmə Mərkəzindən Viral.az-a bildirilib ki, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.