Demokratlar Partiyasından olan bir neçə amerikalı konqresmen hesab edir ki, Konqresin hər iki palatasındakı fraksiyalarının liderləri ABŞ-ın hazırkı prezidenti Co Baydeni seçki yarışından geri çəkilməyə məcbur etməlidir.
Viral.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Konqres üzvlərinə görə, onları Baydenin respublikaçı Donald Trampla teledebatda uğursuz çıxışı yox, Amerika administrasiyasının buna lazımi cavab verməməsi narahat edir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Axios”un yazdığına görə, Baydenə qəzəblənən konqresmenlər onun seçkilərdə iştirakının demokratların seçki mövqeyini sarsıtmaq və Senatı tutmaq və ya Nümayəndələr Palatasında çoxluğu geri almaq şanslarını azaltmaq təhlükəsi ilə qorxurlar.
(redaktor.az)