Polşa və Almaniyanın hakimiyyət orqanları Berlinin mərkəzində faşist işğalının polşalı qurbanlarının xatirəsinə abidə ucaldılmasının zəruriliyini açıqlayıblar.
Viral.az xəbər verir ki, bu barədə Varşavada hökumətlərarası məsləhətləşmələrin yekunu üzrə imzalanmış və Polşanın baş naziri Donald Tuskun ofisinin saytında yerləşdirilən Almaniya ilə fəaliyyət planında deyilir.
“Bu kontekstdə biz Berlinin mərkəzində 1939-1945-ci illərdə alman işğalı zamanı Polşa qurbanlarına həsr olunmuş abidənin yaradılması, Alman-Polşa Evinin yaradılmasının zəruriliyini vurğulayırıq ”,- sənəddə deyilir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Polşa hakimiyyəti 2022-ci ilin sonunda belə bir abidənin qoyulması üçün Almaniya rəhbərliyinə təzyiq göstərməyə başlayıb.
Həmin il 1939-1945-ci illərdə faşist Almaniyasının hücumu və alman işğalı nəticəsində Polşanın verdiyi itkilər haqqında üç cildlik məruzə təqdim olunub. Elan edilmiş ümumi təzminatın məbləğ 6,2 trilyon zloti (təxminən 1,5 trilyon dollar) təşkil edib.
2023-cü il oktyabrın 3-də Polşa Xarici İşlər Nazirliyinin o zamankı rəhbəri Zbiqnev Rau Almaniyadan təzminat ödəməsini tələb edən nota imzalayıb.
1953-cü ildə o vaxtkı Polşa Xalq Respublikasının kommunist hökuməti reparasiyadan rəsmən imtina etdiyi üçün Almaniya hökuməti dəfələrlə ödəniş üçün heç bir səbəb görmədiyini bildirib.
(redaktor.az)