Böyük Britaniyanın Əmək Partiyası demək olar ki, 200 ildə parlament seçkilərində ən böyük qələbəni qazana bilər.
Viral.az xəbər verir ki, “YouGov”un cümə axşamı keçirdiyi son sosioloji sorğusunun nəticələrinə görə, hakim Mühafizəkarlar Partiyası hazırkı yerlərinin demək olar ki, 70%-ni itirəcək.
40 min britaniyalı arasında aparılan sorğu göstərib ki, Leyboristlər 2019-cu illə müqayisədə 229 yer çox alacaq və Britaniya parlamentinin 650 yerlik İcmalar Palatasında 431 yerlə hökuməti formalaşdıracaq.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
1832-ci ildən bəri ölkədə heç vaxt hakim partiyanın parlament müxalifəti qarşısında belə təsir edici məğlubiyyəti olmayıb. Beş il əvvəl parlamentdə 365 yer qazanan mühafizəkarlar onların 263-nü itirərək cəmi 102 deputatla ikinci ən böyük partiya olacaq. Bir çox tanınmış siyasilər, o cümlədən 26 kabinet nazirindən 16-sı parlament statusunu itirəcək.
Üçüncü yeri Liberal Demokratlar tutacaq və onlar partiya tarixində ən yaxşı nəticəni göstərərək parlamentdəki varlığını 11 yerdən 72 yerə yüksəldəcək. Beş il əvvəlki 48 mandatla müqayisədə 18 yer qazanacaq Şotlandiya Milli Partiyasının nəticələrinin kəskin pisləşməsi gözlənilir.
Naycel Farajın sağçı populist Reformu Böyük Britaniya 15% səs toplayaraq üç nümayəndəsini İcmalar Palatasına daxil edə biləcək.
(redaktor.az)