Bakının əsas küçələrindən biri bağlandı – Avtobusların yolu dəyişdirildi

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 4-də saat 07:00-dan iyulun 5-də saat 22:00-dək Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

AYNA-dan Viral.az-a bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlə əlaqədar Mikayıl Müşfiq küçəsinə daxil olan 6, 10, 31, 53 və 77 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament və Hüseyn Cavid prospektləri, eləcə də Mehdi Hüseyn küçəsi ilə təşkil ediləcək.

Son Yazılar: