Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar Bakıya səfər edəcək.
Viral.az-ın məlumatına görə, Ərsin Tatar iyulun 5-6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirak edəcək.
Ərsin Tatarın müxtəlif səviyyədə görüşlər keçirəcəyi bildirilir.
Son Yazılar:
- Bu tarixdən iş GÜNÜDÜR
- Ərim toy süfrəsindəki kişmişi, fındığı da yeyir
- Goranboyda sevgilisi qadını bıçaqladı, avtomobillə üzərindən KEÇDİ
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Eyni zamanda tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.