Azərbaycan neftinin qiyməti 90 dollara düşüb

“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti cüzi azalıb.

 

Viral.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,73 ABŞ dolları, yaxud 0,81 % azalaraq 90,05 ABŞ dolları təşkil edib.

Son Yazılar:

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.