Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.
Viral.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Toyota Prius” markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib və aşıb. Qəza zamanı bir nəfər Pakistan vətəndaşı hadisə yerindəcə dünyasını dəyişib, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.