Qəzzada öldürülən fələstinlilərin son sayı AÇIQLANDI

Ötən ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 36,2 minə yaxınlaşır.

Viral.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

“Ötən ilin oktyabr ayının əvvəlindən indiyədək İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 36 171 nəfərə yüksəlib, daha 81 420 nəfər yaralanıb”, – deyə idarənin rəsmi “Telegram” kanalında dərc olunan xülasədə bildirilir. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrail qüvvələrinin anklavın müxtəlif ərazilərinə hücumları nəticəsində 75 fələstinli həlak olub, daha 284 nəfər yaralanıb.

Son Yazılar:

(redaktor.az)