Hindistanın paytaxtı Yeni Dehlidə rekord həddə çatan temperatur qeydə alınıb – 50 dərəcədən yuxarı.
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda yaxın iki gündə vəziyyət yaxşılaşmayacaq. Ölkənin meteorologiya idarəsi qırmızı rəng kodu təyin edib. Evdən çıxmaq təhlükəsiz deyil.
Şimal-Qərbi Hindistan alovlanır. Racastan ştatının Çuru şəhəri ötən gün ölkə xəritəsində ən qaynar nöqtə olub. Burada temperatur 50,5 dərəcəyə çatıb. Hindistanın qərbindəki Şahapur şəhərində sakinlər gündə 15 kilometrə qədər yol qət etməli olurlar. Quraqlıq və su qıtlığı fonunda buradakı yeganə mənbə quyudur.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Qonşu Pakistanda da həftənin əvvəlindən bir neçə bölgədə havanın temperaturu 50 dərəcədən yuxarı qalxıb. Sukkur sakinləri qızmar günəşdən Hind çayının sularında xilas olurlar.
Hindistan və Pakistan sinoptikləri istilərin yalnız iyunun 1-nə kimi azalacağını proqnozlaşdırırlar.
Moskvada da anomal isti hava hökm sürür. Temperatur normal iqlim normasından 10 dərəcə yüksəkdir. Sinoptiklər deyirlər: isti hava Asiyadan gəlir.